Fonoforez (ultrasəs terapiya) müalicə metodu zamanı ultrasəs dalğalarının köməyi ilə dərman maddələri dəriyə tətbiq olunur. Fonoforezin əsas məqsədi dərmanın daha dərin toxumalara çatdırılmasını təmin etmək və orada terapevtik təsir göstərməkdir.
Fonoforez iltihabəleyhinə, ağrıkəsici, qan dövranının yaxşılaşması, ödəmin aradan qaldırılması, yaraların sağalması, çapıq toxumalarının yumşalmasını təmin edir.
