Diz oynağında müxtəlif travmalar arasında çarpaz bağların tam və ya qismən yırtıqları önəmli yer tutur.
Bu zədələrnmələr insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır:
- Travma nəticəsində çarpaz bağlarda tam və ya qismən yırtıq yaranaraq diz oynağının normal funksiyasını pozur;
- Oynağın bir çox elementlərinin sabitliyi və stabilliyi itir;
- Ödemin yaranması nəticəsində hərəkət məhdudiyyəti meydana gəlir;
- Güclü ağrı sindromu və qeyri-sabitlik müşahidə olunur;
- Zədələnmiş diz oynağı artıq dayaq funksiyasını təmin etmir.
Bir və ya hər iki çarpaz bağın tam yırtığını rekonstruktiv plastik cərrahi əməliyyat və əməliyyatdan sonrasında reabilitasiya yolu ilə tam olaraq bərpa etmək mümkündür. Yaranmış problemi zamanında müalicə etmədikdə bu pasientlərdə dayaq-hərəkət pozğunluğu ilə müşahidə edilən ağır dərəcəli artritlə, hətta əlilliklə nəticələnən fəsadlar yarada bilər.
Sizi də diz nahiyənizdəki ağrılar narahat edirsə, bizə müraciət edin! 0502505619
