Oliqofreniya (əqli gerilik) psixikanın tam və ya qismən ləngiməsinə verilən addır. Bu problem adətən 3 yaşlı uşaqlarda müşahidə olunur, bəzən isə erkən məktəb yaşlarında ortaya çıxır.

Səbəbləri:
Adı keçən xəstəliyin yaranmasının bir çox səbəbləri olsada, onların tamamilə hamısının ortaya çıxma səbəbləri sonadək məlum deyil. Oliqofreniyanın inkişafına səbəb olan faktorları iki hissəyə bölürlər; Ekzogen (xarici) və Endogen (daxili). Onlar dölün bətndəki inkişaf zamanında və körpənin həyatının ilk dövrlərində (aylarında və ya illərində) təsir edə bilər. İnkişafın kəskin pozulmasına səbəb olan faktorlar çoxdur. Onların ən geniş yayılmışlarına misal olaraq aşağıdakıları misal göstərmək olar.

  • Ananın hamiləlik zamanı keçirdiyi ağır infeksion xəstəliklər – qızılca, skarlatina, qrip və s.
  • Metabolizmatik xəstəliklər, məsələn, trioid stimullaşdırıcı hormonun aşağı olması (TSH);
– Zərbə əsasında dölün travmatik zədələnməsi. Əqli zəiflik doğuş travmaları nəticəsində yarana bilər;