Revmatoid artrit (RA) dünyada ən çox müşahidə olunan. Bu xəstəlik oynaqlarda simmetrik artrit ortaya çıxaran xronik iltihablı xəstəlikdir. Müalicə edilmədiyi təqdirdə, oynaqların zədələnib remodelləşməsinə (forma dəyişməsinə) və əlilliyə səbəb olur.

Yaranma səbəbləri və xəstəliyin inkişafı:

Bu xəstəlik hər yaşda başlaya bilsədə, daha çox qadınlarda 40+ yaşda müşahidə edilir. Səbəblərinə gəldikdə isə; genetik meyillilik, cinsiyyət, tütündən istifadə, keçirilmiş infeksion xəstəliklərini misal olaraq göstərmək olar.

Bütün bunların daxilində üzərində ən çox dayanılan isə birinci dərəcəli qohumluq əlaqələrində revmatoid artrit yada digər revmatizm xəstəliklərinin olmasıdır.

Əlamətləri:

  • Oynaq ağrısı,
  • Oynaqlarda şiş,
  • Səhər əzginliyi və oynaqlarda sərtlik,
  • Oynaqların simmetrik zədələnməsi,
  • Xüsusilə əl biləyi oynaqlarının və barmaqların yuxarı falanqalarının zədələnməsi
    xəstəliyin əlamətlərinə misal ola bilər.

Xəstəliyin növbəti zamanlarında iri oynaqlar da prossesə daxil ola bilir. Xəstəlik inkişaf etdikcə iri oynaqlarda mayenin yığılması, birinci boyun fəqərəsini sabitləyən bağların zədələnməsi nəticəsində boyun sərtliyi, ənsə ağrıları şikayətləri ortaya çıxır. Adı keçən xəstəlik zamanı oynaqdan kənar əlamətlərdən, əsasən qan dəyərlərinin dəyişməsi, qarciyər enzimlərinin çoxalması, ağciyər ,böyrək, əzələ, dəri, sinir, göz və çox nadir hallarda ürək kimi orqanların da xəstəliyə qoşularaq sistemli formada zədələnməsini misal göstərmək olar.