Onurğa kanalının bel nahiyyəsinin daralması və sinirlərin sıxışması ilə ortaya çıxan xəstəliyə “lomber spinal stenoz” ya da “lomber dar kanal” digər adıyla isə bel kanal darlığı deyilir. Onurğada kanalın daralması bel osteoxondrozunun inkişafının nəticəsi və ya ağırlaşmasıdır.

Dar kanalın yaranma mexanizmi:
Onurğa sütünu fəqərələr, qığırdaqlar, bağlar və oynaqlardan ibarətdir. Onurğa sütunun mərkəzində onurğa kanalı yerləşir. Bu kanal həyatımız üçün çox zəruri olan onurğa beyninin qorunmasında əvəz edilməz əhəmiyyətə sahibdir. Bu hissə ayaqlara hissi və hərəki sinirləri daşıyır. Elə buna görə də onurğa kanalının daralması zamanı sinirlərin sıxılması baş verir ki, bu da ayaq ağrıları, uyuşuqluqlar, yerimənin çətinləşməsi, qamətin əyilməsi, ayaqlarda yorğunluq hissinin yaranmasına gətirib çıxardır.

Bel kanal darlığında xəstənin şikayəti:
Bel dar kanalı olan xəstələrin şikayəti bel ağrısıyla yanaşı ayaqlarda keyləşmə, cimildəşmə, uyuşma, yanğı, göynəmə hissi və əzələ zəifliyi müşahidə edilir. Bu tip xəstələr yürüyərkən, gəzərkən ayaqlarda uyuşuqluqlar və ağrı çoxalır və nəticədə oturub dincəlməyə ehtiyac hiss edirlər.
Bir müddət sonra bu şikayətlər nəticəsində xəstənin yürümə məsafəsi azalır. Xəstə yorulduğunda önə əyilərək onurğa kanalının bir qədər genişlədilməsinə cəhd edir, çünki bu zaman həmin sinir kökcüklərində qan dövranı artır beləliklə mövcud şikayət azalmış olur. Buna görədə bu tipli xəstələr fleksionda rahat olurlar.