Bexterev yada Ankilozlaşan Spondilit çox ağır xroniki irəliləyən, birləşdirici toxumanın sistem xəstəliyidir. Bu xəstəlik zamanı onurğanın fəqərələr arasında mövcud olan oynaqları iltihablaşaraq fəqərələri biri biri ilə birləşdirir. Bu nəticəsində onurğanın hərəkətliliyi xeyli azalır. Ağır formalarda onurğa hərəkətsiz olaraq xəstənin hətta əlilliyinə səbəb olur. Xəstəlik halında əsasən oma-büzdüm, fəqərəarası oynaqlar zədə alır. Bəzi xəstələrdə isə ətraf oynaqlar və daxili orqanlar da bu prosesə qoşulur.

Bu xəstəlik əsasən 20-40 yaşlar arası kişilərdə irəliləyir. Qadınlarda isə bu xəstəlik nadir hallarda müşahidə olunur. Bununla yanaşı, həkimlərin müşahidələrinə əsasən, qadınlarda bu xəstəlik kişilərə nisbətən daha yüngül keçir.

Xəstəliyin əsas göstəriciləri:
-Gecənin ikinci yarısında ortaya çıxan bel ağrıları, büzdümdən sağrı əzələlərinə yayılan sərtlik və ağrı
-Gənclərdə davamlı pəncə ağrıları
-Onurğanın torakal hissəsində sərtlik və ağrı
-Qanda EÇS-in 30-40 mm/saat artması