Parkinson xəstəliyi beyin hüceyrələrinin bir-birləri ilə əlaqə yaratmasını təmin edən dopamin hormonunu istehsal edən beyin hüceyrələrinin zədələnməsi nəticəsində ortaya çıxır. İnsan beynində dopamin yaradan hüceyrələr hərəkətlərin idarə olunması vəzifəsini icra edir. Hərəkətlərdə yavaşlama, istirahət zamanı əsmə, psixiatrik pozulmalarla müşahidə olunan bu xəstəlik əsasən 60 yaşdan yuxarı insanlarda müşahidə olunur. Ancaq bəzi genetik səbəblərə görə 40 yaşlı insanlarda da parkinsona rast gəlinə bilər.
Parkinson xəstəliyinin səbəbləri nələrdir?
Bu xəstəliyin səbəbləri hələ də tam bilinməsədə araşdırmalar sübut edir ki, bu xəstəlik genetik meyl və ətraf mühit faktorlarının qarşılıqlı təsiri zamanı ortaya çıxa bilər. Bu xəstəliyin genetik aspekti ailə tarixi ilə aparılan bəzi gen mutasiyalarının təsirinin nəticəsində yarana bilməsi ehtimal olunsada bununla belə, tək bir qəti genetik səbəb müəyyən edilməmiş və xəstəliyin təkamülündə birdən çox genin rol oynaya biləcəyi düşünülmüşdür. Bu xəstəliyin yaranmasında ətraf mühit faktorları da təsirli ola bilər. Pestisidlər, ağır metallar və bəzi kimyəvi maddələr kimi ekoloji toksinlərin xəstəliyə səbəb olma ehtimalı üzərində tədqiqatlar davam edir. Bütün bu amillərin kompleks qarşılıqlı təsiri nəticəsində beyində dopamin yaradan hüceyrələr zədələndikdə və sinir ötürülməsində problemlər yarandıqda Parkinson simptomları ortaya çıxır.
✅ Parkinson xəstəliyi beyin hüceyrələrinin itirilməsi ilə irəliləyən bir beyin xəstəliyidir. Xəstələrin təxminən 60% -ində barmaqlarda, əllərdə və ya qollarda, bəzən də ayaqlarda istirahət zamanı meydana gələn titrəmələr, xəstələrin təxminən 30% -ində isə hərəkətlərdə yavaşlıq və əzaların hərəkətində sərtlik müşahidə olunur.
‼Parkinson xəstələri üçün reabilitasiya çox vacibdir. Bu xəstələrə fiziki məşq vərdişlərinin aşılanmasına diqqət yetirilməli, dik duruşu təmin edəcək məşqlərə əhəmiyyət verilməlidir.
Reflex reabilitasiya mərkəzinin fizioterapevt və nevroloq həkimləri parkinson xəstələrinin reabilitasiyasını həyata keçirirlər.
