Üz sinir iflici olaraq adlandırılan bu iflic növü üz əzələlərinin bir qisminin və ya heç birinin hərəkət etdirə bilinməməsi halıdır. Bu iflic halında ūzdəki sinir liflərinin təsirlənməsi nəticəsində üz əzələlərində hərəkət itkisi yaranır. Hər yaşda müşahide olunan bu sağlamlıq problemində; pasiyent qaşını qaldıra, gözlərini qapaya və ağzını hərəkət etdirə bilmir. Üz iflici halında üz sinirinin zədələnməsi nəticəsində üzün mimik əzələlərində hərəkət inkişaf edir. Bu problem tibbdə üz iflici olaraq adlandırılır.
Beyində yerləşən və üz əzələlərinə qədər uzanan sinir hüceyrələrinin pasiyentin bədəninin zədələnməsi və ya başqa səbəblərdən üz əzələlərinin əsas sinirinin zədələnməsi nəticəsində yaranan üz iflici şəxsin həyat keyfiyyətinə neqativ təsir edən xəstəlikdir. Bu xəstəlik ilk əlamətləri görüldüyü zaman sürətli diaqnoz və müalicə tələb edir. Bu müalicələr şəxsə və ya problemin səbəbinə əsasən dəyişə bilər.
Üz iflici bir çox əlamətləri mövcuddur. Əlamətlər iflic səbəblərinə bağlı olaraq insandan insana dəyişə bilir. Ümumi olaraq isə, simptomlara:
- göz qırpmada və mimikalarda nəzarətin itirilməsi,
- birtərəfli üz iflici,
- göz yaşlarının azalması,
- təsirlənmiş bölgədə dad hissiyyatının itirilməsi,
- üz əzələlərində seğirmə,
- yemək və içməkdə çətinlik və qulaq ağrısı,
- çənə hissəsində ağrı,
- ağızda əyilmə,
- ətrafdakı səslərə qarşı həssaslıq,
- baş ağrısını misal göstərmək olar.
Üz sinir iflicinin bərpasında fizioterapiyanın rolu böyükdür.
Kombin olunmuş şəkildə pasiyentlərimizə miostimulyasiya, maqnitoterapiya və akupunktura kimi müalicə üsullarını tətbiq edirik. İstifadə etdiyimiz bütün müalicə üsulları xəstəliyin gedişatını önləmək, oluşmuş iltihabı və simptomatik ağrıların qarşını almaqdır.
