Frozen shoulder yada donmuş çiyin sindromu çiyin oynağı kapsulunun və oynaq mayesi ifraz edən zərin diffuz pozulması və iltihabı ilə oynaq nahiyyəsində yaranan hərəkət məhdudiyyəti və ağrı ilə özünü göstərən sindromdur. Bu sindrom Glenohumeral oynağın ağrı ilə birliktə aktiv ve passiv hərəkətlərinin bütün istiqamətlərdə qısalmasıdır. 40-60 yaş arası xanımlarda həmin sindromla qarşılaşma ehtimalı daha yüksəkdir.
“Donmuş” çiyin sindromunun yaranma səbəbi yapışan kapsulitdir. Oynaq kapsulunun həcminin azaldığı və liflərin yapışması ilə müşayiət olunan kapsul zədələnməsidir. Hərəkət zamanında zədələnmiş kapsul dartılır, travma alır, çiynin hərəkət aktivliyi isə bloklanır. Bloklanmış çiyin oynağının uzun zaman ərzində hərəkətsizliyi yumşaq toxumalarda yapışıqlıq yaranmasına, oynaq kapsulasının çəkilib buruşmasına səbəb olur.
Yapışan kapsulitin yaranmasına səbəb olan ən çox yayılmış amil travmadır. Daha az hallarda patoloji proses müalicə olunmamış çiyin-kürək periartrozu, toksik təsirlər və ya infeksiyalar səbəbindəndə inkişaf edə bilər.
Yapışan kapsulit sərbəst formada və ya müxtəlif digər xəstəliklərlə yanaşıda inkişaf edə bilər. Xəstəlik əvvəllər baş vermiş travma, əzələ yırtıqları, uyğunsuz hərəkətlər, əməliyyat sonrası səbəblərdən yaranır. Digər xəstəlik fonunda inkişaf edən kapsulit- ikincili kapsulit adlanır. Xroniki obstruktiv ağciyər xəstəliyi, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, vərəm, Parkinson xəstəliyi, tiriodizm kimi bir çox sistemik xəstəliklər “Donmuş çiyin” sindromunun inkişafına səbəb ola bilər ki bunlarda ikincili kapsulit adlanırlar. İkincili kapsulitlər ən çox şəkərli diabet xəstəliyi fonunda inkişaf edir ki, bununda da rast gəlmə ehtimalı 10-30% arasıdır.
