Spinomuskular atrofiya yada qısa olaraq SMA südəmər körpənin və uşaqlıq dövründə baş verən genetik motor neyron xəstəliydir. Bu xəstəliyin ən şiddətli forması körpələrdə müşahidə olunur. Onurğa beyin və beyin kötüyü motor neyronların degenerasiyası proqressiv əzələ zəifliyi ilə nəticələnir. Bu problem 5q13 xromosomuna məxsus olan motor neyron (SMN1) genin olmaması ilə xarakterizə autosom resessiv bir pozuntudur.
Adı çəkilən xəstəlik onurğa beyin və baş beyin aşağı motor neyronların degenerasiyası nəticəsində proqressivləşən əzələ zəifliyidir.
SMA şiddətinə əsasən neyromuskular kollektivdə nevroloq, pulmonoloq, psixiatr, qastroenteroloq və reabilitoloq birgə işləməlidir. Qeyd edək ki hal hazırda bu xəstəliyin müalicəsi mövcud deyildir.
