Travmatik pleksit yada digər adı ilə desək “Akuşer iflici”uşağın yuxarı ətrafının süst iflicinə verilən ad olub bazu kələfinin anadangəlmə travmasıdır. Bu iflicin adı doğuş zamanı mamanın (akuşerin) səhv müdaxiləsindən götürmüşdür. Akuşer iflici tez-tez hipoksik zədələnmə ilə müşayiət olunur. Zədələnmiş qolda tonusun və hərəkətliyinin azalması, həssaslığın və yerli termorequlyasiyanın pozulması ilə özünü biruzə verir. Vaxtında müalicə olunmadığı təqdirdə əzələ kontrakturası yaradır. “Akuşer” iflicinin diaqnostikası kliniki əlamətlər, elektromioqrafiya və rentgenoqrafiyaya əsasən aparılır. Müalicə ətrafın vəziyyətinin normallaşdırılması, sinir təchizatının yaxşılaşması və kontrakturaların profilaktikasına doğru yönəlmişdir. Reabilitasiya və fizioterapiya travmatik pleksitin müalicəsində vacib rol oynayır.