CPM (Continuous Passive Motion – Passiv Əzələ Stimulyasiyası) cihazı dayaq hərəkət sisteminin zədələnmələrində, oynaq, sümükdə aparılan əməliyyatlardan sonrakı dövrün bərpa etaplarında, kontrakturalarda, oynaq ağrılarında tətbiq edilən yüksək effektli metoddur.

Reflex Reabilitasiya Mərkəzində diz oynağının kontrakturaları zamanı oynağın hərəkətinin bərpası üçün xüsusi cihaz olan CPM (Continuous Passive Motion – Passiv Əzələ Stimulyasiyası) mövcuddur.

Bu cihazın köməyilə müxtəlif səbəblərdən öz funksiyasını itirmiş oynağın hərəkətinin bərpası mümkündür. Daha çox endoprotez əməliyyatından sonra həkim tərəfindən təyin olunur.