Baş barmağınız, işarət barmağınız və orta barmağınızda uyuşma, keyimə və ya ağrılar hiss edirsiz? Əgər cavabınız “hə” isə bu sizin Karpal Tunel Sindromunu yaşadığınız anlamına gəlir. Digər adı ilə Median sinir sıxılma sindromu da adlandırılan karpal tunel sindromu, yuxarı ətrafın əsas sinirlərindən biri biləkdə sıxıldığı halda baş verir. Karpal tunel biləkdə dar bir kanal və ya tuneldir. Baş barmağın altından və bilək sümüyünün üstündə yerləşir. Median sinir bu tuneldən keçərək biləkdən ayrılaraq ələ daxil olur. Siz biləyinizi irəli əydiyiniz zaman, biləyinizin arxa tərəfindəki vətərlər qolunuzun ucundakı sümüklərə doğru çəkilərək gərginlik yaradır. Bu, median sinirdə artan təzyiqə səbəb olur. Tunel karpal sümüklərdən, bağlardan, median sinirdən və vətərlərdən ibarətdir.