Reflex Reabilitasiya Mərkəzi tibbin ən son avadanlıqları ilə təchiz olunmuş və reabilitasiya sahəsində tam ixtisaslaşmış mərkəzdir.

Mərkəzdə ən son tibbi texnologiya avavadanlıqları mövcuddur ki, bu da xəstəliklərin daha qısa müddətdə və daha keyfiyyətli şəkildə müalicə olunmasına səbəb olur. Həmçinin sahələrində peşəkarlaşmış həkim kollektivinin olması keyfiyyətli və səmərəli xidmətin mövcudluğuna təminat verir.

Daim vətəndaş məmnuniyyətini özünə məqsəd bilən Reflex Reabilitasiya Mərkəzi fəaliyyətə başladığı andan cəmiyyətdə ən çox yayılan xəstəliklərin müalicəsi ilə məşğul olur. Robotlaşmış və süni intelektlə idarə olunan ağıllı avadanlıqların köməyi ilə ən ağır xəstələri belə yenidən sağlamlığına qovuşdurur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bütün tibbi qanunlarına uyğun olaraq öz fəaliyyətini davam etdirən Mərkəzdə həmçinin müayinə və müalicə xidmət haqları da cəmiyyətimizdəki hər bir təbəqənin büdcəsinə uyğun müəyyən olunub.

Mərkəzə xəstələr insultdan sonra bərpa üçün, endoprotezləşmə əməliyyatından sonra, bütün növ travmalardan sonra, serebral iflic zamanı, oynaq xəstəlikləri zamanı, neyropatiya və osteoparoz zamanı, skolioz, kifoz və lordoz zamanı müraciət edə bilərlər.

Reflex Reabilitasiya Mərkəzində mexanoterapiya, kinezioterapiya, kinezio bantlama, iynəbatırma, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, müalicəvi masaj, infuzion terapiya, dietoloq, loqoped və psixoloq kimi reabilitasiya xidmətləri mövcuddur.

Mərkəz Nəriman Nərimanov rayonu Montin qəsəbəsi, İsmayıl Hidayətzadə 7a ünvanında yerləşir.

📲 ƏLAQƏ VASİTƏLƏRİMİZ: ⬇️

Web: www.reflex.az
E-poçt: info@reflex.az
Tel: (+994) 50 250-56-19
Ünvan: İsmayıl Hidayətzadə 7a