Artrit oynaqların iltihablanması ilə xarakterizə olunan xəstəlikdir. Ən çox yayılan növləri osteoartrit və revmatoid artrit olan bu xəstəliyin əsas simptomları oynaqlarda ağrı, şişkinlik və hərəkət məhdudiyyətidir.
Müalicə üsulu kimi dərmanlar, fizioterapiya, bəzi hallarda cərrahi müdaxilə tətbiq olunur.
Artrit müalicəsində erkən diaqnoz çox vacibdir, çünki xəstəliyin erkən mərhələdə aşkarlanması, oynaqların ciddi zədələnməsinin qarşısını almağa və həyat keyfiyyətini qorumağa kömək edir.
