Lordoz – onurğa sütununun deformasiyası ilə əlaqədar olaraq, bel bölgəsindəki qövsün normadan artıq olmasından yaranır. Bu vəziyyət beldə həddindən artıq təzyiq yaradır və ağrılara səbəb ola bilir. Lordozlu şəxslərdə bel C şəklində görünür. Sizdə bu xətəliyin olub olmadığını yoxlamaq üçün sərt bir yerə kürəyi üstə uzanıb əlinizi belinizin altına sürüşdürün. Əlavə boşluq varsa, bu sizdə lordoz olduğunu göstərə bilər.
Normal və lordozlu bel arasında fərq beldəki qövsün dərəcəsidir; lordozda bu qövs normadan artıqdır və əsasən uşaqlıq dövründə səbəbsiz yaranır. Lordozun yaranmasına səbəb olaraq pis duruş, artıq çəki, osteoporoz, kifoz və s. kimi faktorlar da təsir edə bilir.
Əgər lordotik əyrilik önə doğru əyildikdə öz-özünə düzəlirsə, müalicəyə çoxda ehtiyac olmur. Lakin önə əyildikdə əyrilik hələdə davam edirsə və həmçinində pasiyent ağrı, əzələ spazmları, uyuşma, və bağırsaq problemləri kimi simptomları varsa müalicə çox zəruridir. Bu zaman aparılan müalicə əyriliyin şiddətinə görə təyin edilir
Reflex Reabilitasiya Mərkəzində Lordozun müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcud olub, peşəkar həkimlər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.
