Kirəçləşmə və ya osteoartrit oynaq qığırdaqlarının formasının pozulmasına yol açan xəstəlikdir. Qığırdaqda və qığırdaqların altındakı sümük toxumasında baş verən dəyişikliklər nəticəsində sümükdə forma dəyişiklikləri və oynaq kənarında çıxıntılar yaradır. Oynaqların daxilindəki mayenin azalması nəticəsində sümüklər bir-birinə sürtünməyə başlayır və pozulmalar yaranır.
Diz kirəcləşmələri zamanı diz ağrısı, dizlərdə hərəkət anında sürtünmə səsləri, hərəkət məhdudiyyəti və şəkil pozulmaları ortaya çıxır. Çöməlmə, nərdivan enib çıxma və kürsüyə oturub qalxmada çətinliklər ortaya çıxır. Bəzən isə dizlərə maye toplanması nəticəsində şişlik yaranır.
