Barmaq ucunda gəzmə — yenicə yeriməyə başlayan uşaqlarda bu fizioloji vəziyyət (normal sayılır və adətən 2-3 yaşına qədər aradan qalxır.
Lakin xoşxarakterli pəncə yerişi formaları ilə yanaşı uşaq serebral iflici (CP), onurğa beyni və əzələ sisteminin bir sıra xəstəlikləri, Axill vətərinin qısa olması, motor koordinasiya və davranış pozuntuları, Autizm spektr pozuntusu (ASP) kimi bir sıra ciddi problemlərə də uşaq barmaq ucuna istinad edərək yeriyə bilər. Bu zaman həkimin təyinatına əsasən xüsusi müalicəvi bədən tərbiyəsi, fizioterapevtik məşğələlər tətbiq olunmalıdır.
Axill vətərinin qısa olması halında müalicəvi bədən tərbiyəsindən əlavə travmatoloji əməliyyatla problemi aradan qaldırmaq lazım ola bilər.
