Yastıpəncəlik (yəni Pes Planus) ayağın alt hissəsinin düzləşməsi ilə yaranan haldır. Bu hal xüsusən uşaq ayağını yerə basdığı zaman daha çox görülür. Günümüzdə bir çox valideynləri maraqlandıran əsas məqam uşaqda bu vəziyyətin olub olmamasıdır.

Yastıpəncəlik iki tipdə müşahidə olunur:

  1. Yumuşaq (Flexible) yastıpəncəlik
  2. Gərgin (Rigid) yastıpəncəlik.

2 yaş və daha aşağı yaşda uşaqların ayaqlarının altlarına baxılması vaxtı yastıpəncəliyin müşahidə olunma ehtimalı 90%-in üzərində olduğu halda 10 yaşına gəlmiş uşaqlarda bu statistika yalnızca 4%-dir. Bunu əsas götürərək deyə bilərik ki, yastıpəncəlik bir çox uşaqlarda yumşaq (Flexible) tipdə olub və kənar müdaxilə olmadan zamanla düzəlməkdədir. Buna rəğmən, yenə də bütün yastıpəncəlik şübhəsi olan uşaqlar travmatoloq-ortoped tərəfindən müayinədən keçməlidirlər. Bəzi hallarda (Axil vətərinin qısa olması, baldır əzələlərinin gərginliyi və ya ayaq sümükləri arasında birləşmə olduğunda) ehtiyac yaranarsa, müalicəyə başlanılmalıdır.

Bunuda qeyd edək ki uşaqlarda ayaq altının düz olması ilə əlaqəli olaraq baldırlarda ağrı, tez yorulma müşahidə oluna bilər. Yalnızca bu hallar zamanı ayaqqabı və dabanlıq istifadə edilir, amma bu, problemi müalicə etmək üçün istifadə edilmir. Bu metod yalnızca uşağın ayağına dəstək məqsədi ilə istifadə olunur.