Displaziya xəstəliyi yada daha geniş sözlə bud-çanaq displaziyası – yeni doğulan körpənin bud sümüyünün əyri yerləşməsinə deyilir.
Bu problem əsasən qız uşaqlarında müşahidə olunur. Vaxtında və doğru müalicə aldıqları zaman bu xəstəliyi daşıyan uşaqlar sağalaraq, gələcəkdə ayaqlarında heç bir problem yaşamırlar.
Displaziyanın 3 forması mövcuddur: yüngül çıxıq, yarım çıxıq və tam çıxıq. Çıxıq zamanı oynaq kasası dayaz olur və bud sümüyü yerinə oturmur.
Əlavə olaraq bununla bağlı dəqiq məlumatlar olmasa da – cins, qenetika və uşaqlıqda uşağın tərs yerləşməsi displaziyaya səbəb kimi göstərilir.
