Uzay Terapiyası (suit therapy, adeli suit therapy, spider therapy) uşaqların serebral iflici başda olmaqla bir çox nevroloji xəstəliklərin müalicəsində istifadə olunan müasir müalicə metodudur. Bu metod çox yeni olmasına baxmayaraq fizioterapiya və reabilitasiyanın fundamental hissəsini təşkil edib, zəif əzələlərin qravitasiyaya qarşı çıxa bilməməsinə əsaslanır.

Bu mexanizmin əsasını oynaq və əzələlərə müxtəlif üsullarla dəyişkən qüvvət və dəstək vermək məqsədli hazırlanmış geyilə bilən yumşaq ortopedik sistem təşkil edir.

Uzay terapiyası metodu, müvazinəti saxlamağa, əzələ dözümlülüyünü artırmağa kömək edir. Bu metod baş və gövdənin doğru idarə edilməsinə, həmçinin ətraf mühitdə uşağın sosial inkişafına yaxşı təsir göstərir.

Aşağıdakı sadalanan xəstəliklərə sahib xəstələrə bu metodu tətbiq etmək məqsədəuyğundur:

  • Uşaq serebral iflici
  • Onurğa beyin zədələnmələri
  • İflic keçirmiş xəstələr
  • Neyromuskulyar xəstəliklər
  • Travmatik beyin zədələnmələri

Reflex Tibbi Reabilitasiya Mərkəzi olaraq peşəkar həkimlərimizin müşayətində Uzay terapiyası daxil olmaqla reabilitasiya və fizioterapiyanın bir çox faydalı yeniliklərindən yararlana bilərsiniz.