Tortikollis “əyri boyun” deməkdir və bir çox səbəbə görə inkişaf edə bilər. Tortikollis boynun yana və önə doğru hərəkətlərini icra edən Sternocleidomastoid əzələsinin gərgin olma səbəbindən ortaya çıxmış duruş deformasiyasıdır.
Yaranma səbəbləri nələrdir?
-30-60 % doğuş zamanı travma
-Uşağın ana bətnində anormal duruşda qalması
-Boyun fəqərəsinin bir qisminin olmaması
-Boyun bölgəsində yaranmış və böyüyən limfa düyünləri
-Grisel sindromu: Burada zədə və yaxud iltihab nəticəsində birinci və ikinci boyun fəqərələri arası oynaq sabitliyi pozulması
-Sandifer sindromu: Burada uşaqlarda qastroezofagial reflüks müşahidə olunur və baş sola tərəf əyilir.
Muscular Tortikollis 3 qrupa bölünür.
- “Fibromatosis Colli” – ən çox rastlanan tortikollis tipidir. Əzələdə şişkinlik mövcuddur. Bu şişkinlik əsasən 2-3 həftədə bilinir,daha sonra şişkinlik genişlənir və 4-6 aylarda kiçilərək yoxa çıxır. Bu tip ən çox oğlanlarda görünür və əyrilik sağa tərəf olur.
- SCM əzələsi sərt və gərginləşərək zamanla qısalır və kontraktura yaranır. Boyunun tutulan tərəfə rotasiyası, önə flekiyası və qarşı çiyinə tərəf yan dönməsi məhdudlaşır. Lokal şişkinlik görülmür.
- Müalicə gecikdikdə iki il içərisində üz və başda ikincili dəyişikliklər yaranır. Rahat olduğu üçün üz üstünə uzadılan uşaqlarda kontraktura olan tərəfdəki üz yarısı yatağa söykənir və zamanla düzləşir (plagiosefaliya). Uşaq böyüdükcə üzdə assimetriya inkişaf edir. İki üz yarısında göz və qulaqlar müxtəlif səviyyələrdə yerləşir və kontraktura olan tərəfdəki üz yarısı daha kiçik olur. Daha irəli yaşlarda kontraktura olan tərəfdəki çiyin digərinə görə daha yüksəkdə yerləşir. Boyundakı əyrilik davam etdiyi üçün zamanla qalıcı skolioz inkişaf edir.
Fizioterapiya və Reabilitasiya necə aparılmalıdır?
Xəstəliyin diaqnozu qoyulduqdan qısa müddət sonra passiv gərmə hərəkətlərinə başlamaq lazımdır. İdman hərəkətləri asta edilməlidir, yoxsa əzələdə qopma ola bilər.
Altı aylıqdan kiçik uşaqlarda passiv gərmə hərəkətləri tətbiq edildikdə 60-90% arasında nəticə əldə etmək olar. Müalicəvi idman proqramı ən az 1 il davam etdirilməlidir. Əzələ içində çapıq toxumasının nisbətinə görə hərəkət proqramının nəticəsi dəyişir. Əgər çapıq toxuması çoxdursa əzələnin elastikliyi azaldığı üçün gərilmə qabiliyyəti də düşür və hərəkət proqramı yetərli olmur. Digər tərəfdən 1 yaşından kiçik olmasına baxmayaraq, üz assimetriyası olan və ya boyun rotasiya hərəkətlərində ciddi məhdudiyyəti olanlarda passiv gərmə hərəkətlərindən nəticə almaq çətindir. Konservativ müalicənin 6 ay müddətindəki tətbiqinə baxmayaraq 1 yaşından böyük uşaqlarda nəticə alınmırsa, əməliyyat məsləhət görülür.
