Son illərdə ən geniş yayılan problemlərdən biri də onurğa əyrilikləridir. Günümüz kompüter və televizor qarşısında oturmaqla keçir. Çox vaxt necə oturduğumuza fikir vermirik. Elə buna görə də insanlar arasında onurğa əyriliyi artmaqdadır. Vücudumuzda iki daşıyıcı sistem mövcuddur. Biri skelet, digəri isə ona yardımçı olan əzələ sistemidir. Əgər əzələ sistemi çox zəifdirsə, onda bütün güc skeletin üzərinə düşür. Onurğa əyriliyi bu zaman meydana çıxır. Bu, təkcə bədənin deformasiyasına deyil, həmçinin digər görkəm pozulmalarına da gətirib çıxarır. Təkcə bel deyil qol, ayaq, çiyin və boyunda da sümüklər əyilir, sızlamalar başlayır.
Onurğa əyriliyinin səbəbləri hansılardır?
· Doğuş zamanı zədə
· Hamiləlik vaxtı ananın düzgün qidalanmaması
· Ağır yük qaldırmaq
· Düzgün oturmamaq və yanlış yatış forması
· Revmatizm
Onurğa əyilməsinin üç növü var:
· Skolioz
· Kifoz
· Lordoz
Onurğa əyriliyinin ən geniş yayılan növü skoliozdur.
