Neyrosonoqrafiya müayinə üsulu yeni doğulan körpələrin və südəmərlərin beyin mədəcikləri, baş beyin quruluşu haqqında az müddətdə məlumat verən müayinə üsuludur. Bu metod ilə mütəxəssislər uşaqlarda heç bir şüalanma riski və qorxusu olmadan beyin quruluşu haqqında ətraflı məlumat ala bilirlər.
Neyrosonoqrafiya müayinəsi xüsusi datçiklər vasitəsilə akustik pəncələrdən aparılır və bu müayinə baş beyindəki bir çox strukturlar haqqında bizə məlumat verir.
Belə ki, bu metod ilə beyindəki anadangəlmə qüsurlar, beynin hipoksik-işemik zədələnmələri, beyin ödemi, kəlldədaxili təzyiq və qansızmalar daxil olmaqla bir çox problemlər barəsində məlumat almaq mümkündür.
Neyrosonoqrafiyanın ən mühüm üstünlüklərindən biri də odur ki, bu müayinə metodu ilə müayinələr yeni doğulan körpələrdə heçbir şüalanma riski olmadan aparılır.
