Diz artrozu oynaq səthini təşkil edən qığırdaqın quruluşunun dəyişməsi və yeyilməsi zamanı ortaya çıxan xəstəlikdir. Qığırdağın yumuşalmasıyla başlayıb, daha sonra tam tükənməsi ilə nəticələnən, mərhələli bir xəstəlikdir. Diz oynağında yaranan artroza qonartroz deyilir. Bu xəstəlik el arasında diz oynağının duzlaşması kimi başa düşülsədə, burada məsələ hər hansısa duzun toplanması deyil, oynağı təşkil edən qığırdağın yeyilərək öz quruluş və funksiyasının sıradan çıxmasıdır. Onuda qeyd edək ki bu xəstəlik zamanı oynaq uclarının deformasiyası, hərəkətlərin ağrılı olması və məhdudlaşması problemləri müşahidə olunur.
