Serebral iflic ən sıx görülən və ömür boyu davam edən hərəkət və bədən posturunu zədələyən inkişaf pozuntusudur. Serebral iflic, inkişaf edən döldə və ya körpənin ilk aylarında beyindəki lezyon və ya zədələnmənin nəticəsində inkişaf edən artıb, ağırlaşmayan xəstəlikdir. Bu problem zamanı uşaqda motor və hərəkət pozğunluqları müşahidə edilir.

Motor ləngiməylə yanaşı mental (yəni əqli) ləngimə, duyğu orqanlarında yaranan problemlər (məs. görmə və eşitmə zəifliyi), qavrama, davranış pozuntuları, epilepsiya və əzələ sümük problemləri görünür. Serebral iflic beyin, beyin kötüyü və beyinciyin zədələnməsi ilə yaranan motor pozğunluqudur. Periferik sinirlər və onurğa beyin serebral iflic zamanı zədələnmir. Motor ləngimə 18 aydan əvvəl başlayır və əlamətləri yaşla dəyişsədə, xəstəliyin səbəbi dəyişmir.

Qeyd edək ki, “Reflex Reabilitasiya Mərkəzi” olaraq mərkəzimizdə serebral iflicin və digər xəstəliklərin müalicəsi kompleks şəkildə peşəkar mütəxəssislərimiz tərəfindən ən müasir robot texnologiyalar ilə aparılır.

İndi müraciət edin və sağlam həyata, sağlam bədənlə addımlayın..