Lordoz onurğa sütun deformasiyası nəticəsində yaranır. Onurğa boyun, kürək və bel hissəsində başın ağırlığını dəstəkləmək və şok zərbələrindən qorunmaq üçün qıvrımlara malikdir. Lordoz bel yəni lumbal bölgədəki təbii qövs normalın üzerində olduğu halda yaranan xəstəlikdir. Bu xəstəlik onurğada həddindən çox təzyiqə səbəb olaraq ciddi ağrılara yol açır. Bu problemlərdən əziyyət çəkən insanlarda ümumiyyətlə beldə bir qövs müşahidə olunur. Həmin şəxslərə yandan baxdıqda bel C şəklində görünür. Lordozun olub-olmadığını anlamaq üçün ən sadə yol sərt bir yerə kürəyi üstə uzanmaq və əlinizi sıx bir şəkildə belin altına sürüşdürməniz gərəkdir. Əgər lordozunuz varsa əlinizlə bel hissəniz arasında əlavə boşluq yaranacaqdır. Səbəblərinə gəldikdə isə Lordoz əsasən uşaqlıqda hər hansı səbəb olmadan yaranır. Eyni zamanda pis duruş, köklük, osteoparoz, kifoz və sairdə bu problemlə nəticələnə bilər.

Müalicəsi:

Lordotik əyrilik önə doğru əyildikdə və öz-özünə düzəldiyi halda müalicə olunmur. Lakin önə doğru əyildikdə lordotik əyrilik davam edirsə mütləq müalicə olunmalıdır.

Eyni zamanda ağrı, əzələ spazmları, keyləşmə, bağırsaqlarla əlaqədar problemlər müşahidə olunursa mütləq müalicə olunmalıdır. Lordozun müalicəsi əyriliyin şiddətindən asılıdır. Müalicə seçimləri arasında aşağıdakılar mövcuddur:

  • Ağrı və şişliyi azaltmaq üçün dərmanlar.
  • Fiziki müalicə
  • Yoqa
  • Çəki azaltma
  • Cərrahi əməliyyat

Reflex Reabilitasiya Mərkəzi lordoz xəstəliyinin müalicəsi üçün bütün növ reabilitasiya və fizioterapiya üsulları ilə bütün pasiyentlərin xidmətindədir. Mərkəzimizdə peşəkar mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.