Avtomatlaşdırılmış robot aparatlarla reabilitasiya xidməti

09:00 - 17:00

Bazar ertəsi - Şənbə

İsmayıl Hidayətzadə, 7a

Nərimanov rayonu
Biz sizlər üçün daha peşekar xidmət göstəririk

Reflex Tibbi Reabilitasiya Mərkəzi

Reflex Reabilitasiya Mərkəzi tibbin ən son avadanlıqları ilə təchiz olunmuş və reabilitasiya sahəsində tam ixtisaslaşmış mərkəzdir.

  • Mərkəzdə ən son tibbi texnologiya avavadanlıqları mövcuddur ki, bu da xəstəliklərin daha qısa müddətdə və daha keyfiyyətli şəkildə müalicə olunmasına səbəb olur. Həmçinin sahələrində peşəkarlaşmış həkim kollektivinin olması keyfiyyətli və səmərəli xidmətin mövcudluğuna təminat verir.
  • Daim vətəndaş məmnuniyyətini özünə məqsəd bilən Reflex Reabilitasiya Mərkəzi fəaliyyətə başladığı andan cəmiyyətdə ən çox yayılan xəstəliklərin müalicəsi ilə məşğul olur. Robotlaşmış və süni intelektlə idarə olunan ağıllı avadanlıqların köməyi ilə ən ağır xəstələri belə yenidən sağlamlığına qovuşdurur.
  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bütün tibbi qanunlarına uyğun olaraq öz fəaliyyətini davam etdirən Mərkəzdə həmçinin müayinə və müalicə xidmət haqları da cəmiyyətimizdəki hər bir təbəqənin büdcəsinə uyğun müəyyən olunub.
  • Mərkəzə xəstələr insultdan sonra bərpa üçün, endoprotezləşmə əməliyyatından sonra, bütün növ travmalardan sonra, serebral iflic zamanı, oynaq xəstəlikləri zamanı, neyropatiya və osteoparoz zamanı, skolioz, kifoz və lordoz zamanı müraciət edə bilərlər.
  • Reflex Reabilitasiya Mərkəzində mexanoterapiya, kinezioterapiya, kinezio bantlama, iynəbatırma, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, müalicəvi masaj, infuzion terapiya, dietoloq, loqoped və psixoloq kimi reabilitasiya xidmətləri mövcuddur.

TİBBİ PERSONAL


TEZ-TEZ VERİLƏN SUALLAR

Reabilitasiya nədir?

Rebilitasiya itirilmiş funksiyaları bərpa etməyə yönəlmiş tədbirlər kompleksidir. Klinikamız müasir aparat üsullarından istifadə edərək hərəkət funksiyasının bərpasına, həmçinin fizioterapiya və terapevtik məşqlərin daxil edilməsinə diqqət yetirir..

Travmatik pleksit (akuşer iflici) nədir?

Travmatik pleksit (“akuşer” iflici) - uşağın yuxarı ətrafının süst iflicidir. Bazu kələfinin anadangəlmə travmasıdır, tez-tez hipoksik zədələnmə ilə müşayiət olunur. Zədələnmiş qolda tonusun va hərəkətliliyin azalması, həssaslığı və yerli termorequlyasiyanın pozulması ilə özünü göstərir. Vaxtında müalicə olunmadıqda əzələ kontrakturasına səbəb olur. Mualicə ətrafın vəziyyətinin normallaşdırılması, innervasiyanin (sinir təchizatının) yaxşılaşması və kontrakturaların profilaktikasına yönəlmişdir..

Skolioz və onun fəsadları nələrdir?

Skolioz onurğa sütununun sağ və ya sol yana əyilməsi ilə xarakterizə olunan deformasiyası olub “S” ya da “C” formasını alır. Onurğa əyri olduqda, fəqərələr rotasiya edir və bu, onurğanın döş hissəsində olarsa, qabırğa qabarıqlığı, bel-oma nahiyyəsində isə asimmetriya ilə nəticələnə bilər. Əyrilik döş qəfəsinin həcmini azaldır. Vaxtında müalicə olunmayan əyriliklər ürək, ağciyər və s. orqanlara təzyiq edərək ciddi fəsadlar yarada bilər. .

Kifoz nədir?

Kifoz onurğanın anormal şəkildə irəli əyilməsi və arxa tağların lazım olduğundan daha çox əyilməsidir. Kifozun əlamətləri və simptomları əyriliyin səbəbi və şiddətindən asılı olaraq dəyişir. Fizioterapiya kifozun müalicəsində əsas müalicə variantıdır. Fizioterapevt xəstənin vəziyyətini qiymətləndirir və onurğa əzələlərini gücləndirmək, elastikliyi və düzgün duruşunu artırmaq üçün xüsusi idmanlar, elekroterapiya prosedurları və manual terapiya üsullarını tətbiq edir..

Bizimlə əlaqə saxlayın
+994 50 250 56 19
Ünvanımız

Nərimanov rayonu, İsmayıl Hidayətzadə, 7a